IQNA

Hollandiya milli futbol komandasının oyunçusunun gözəl Quran tilavəti

17:36 - September 22, 2022
Xəbər sayı: 3492965
Hollandiya milli futbol komandasının yeni müsəlman ulduzunun gözəl Quran tilavəti sosial media fəallarının diqqətini çəkib.

"İQNA", "Əl-aləm"-ə istinadən xəbər verir ki, hollandiyalı oyunçunun gözəl səslə Qurani-Kərimdən ayələri oxuması ilə bağlı klip yayımlanıb.

Hollandiyanın “Zule” klubunda çıxış edən Van den Berq “Naziat” surəsindən ayələri düzgün və gözəl oxuyub.

22 yaşlı van den Berq yarımmüdafiə mövqeyində çıxış edir. O, Hollandiya millisində yaş qrupları üzrə bir neçə beynəlxalq oyun keçirib.

Hollandiya mətbuatının yazdığına görə, Van Den Berq aylar əvvəl İslamı qəbul edib. O, Qurani-Kərimdən ayələri əzbərləyib, bəzilərini kamera qarşısında oxuyub və sosial şəbəkə fəallarını heyran edib.

4087203

Ad:
E-poçt:
* Comment:
captcha