IQNA

Həzrət Zeynəbin (s) yeni zirehi Nəcəf hava limanından Suriyaya göndərilib

16:11 - September 29, 2022
Xəbər sayı: 3492997
Həzrət Zeynəbin (s.ə) yeni zirehi dünən, sentyabrın 28-də günorta saatlarında Nəcəf Əşrəf Beynəlxalq Hava Limanından Suriyaya göndərilib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) Kərbəladakı hərəminin səyi ilə inşa edilən Həzrət Zeynəbin (s) yeni müqəddəs zirehi dünən günortadan sonra Suriyaya göndərilib.

Bu yeni zireh dünən səhər hökumət rəsmiləri və müxtəlif ictimai qrupların iştirak etdiyi mərasim zamanı Kərbəladan Nəcəf Əşrəf şəhərinə köçürülüb. O, dünən günorta saatlarında Nəcəf Beynəlxalq Hava Limanından Suriyaya göndərilib.

Həzrət Abbas (ə) bölməsinin komandiri Şeyx Meysəm Əl-Zeydi dedi: "Bu zirehin köçürülməsi prosesi İraq Hərbi Hava Qüvvələrinin səyləri ilə həyata keçirilib".

4088611

Ad:
E-poçt:
* Comment:
captcha