IQNA

Küveyt Quran yarışlarının iştirakçılarına beynəlxalq sertifikatlar veriləcək

11:14 - October 07, 2022
Xəbər sayı: 3493036
Küveyt rəsmiləri oktyabr ayının 12-də başlayacaq Küveyt Beynəlxalq Quran Mükafatı müsabiqəsinin ətraflı təfərrüatlarını açıqlayıb və bildiriblər ki, bu yarışmada iştirak edənlərə beynəlxalq sertifikatlar veriləcək.

"İQNA", "Xəliciyyuna"-a istinadən xəbər verir ki, Küveytin Vəqflər və İslam Məsələləri Nazirinin müavini Fərid Emadi bildirib: "Küveyt Beynəlxalq Quran Mükafatı müsabiqəsinin 11-ci dövrəsi hifz və qiraət sahəsində oktyabrın 12-də bu ölkənin əmirinin nəzarəti altında başlayacaq.

Bu yarışların təşkilinə cavabdeh olan komitənin rəhbəri Emadi keçirdiyi mətbuat konfransında deyib: "Bu yarışmanın dünyadakı digər Quran yarışlarından fərqi iştirakçılara və hakimlərə beynəlxalq sertifikatların verilməsidir. O, Küveyt əmirinin bu müsabiqəyə dəstəyini verdiyini açıqlayıb. Həmçinin Küveyt hökumətinin bu ölkənin müxtəlif Quran yarışları və fəaliyyətlərinə dəstək verdiyini bidlirib".

O, qeyd edib ki, bu müsabiqəyə bir çox tədbirlər daxildir. Onlardan ən mühümləri elmi seminarlar, Quran məşğələləri, mühazirələr, kitab oxuma proqramları və sərgilərdir.

4089895

captcha