"İQNA", Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, cümə axşamı Türkiyənin dini işlərinin rəhbəri Əli Ərbaş Türkiyənin paytaxtı Ankaranın Keçi Ören səmtində 4-6 yaş arası uşaqlar üçün Qurani-Kərimin öyrənilməsi və əzbərlənməsi mərkəzinə baş çəkib. O, uşaqların kiçik yaşlarından Quran öyrənməsinin zəruriliyini vurğulayıb.
Ərbaş dedi: "Rəsuli-Əkrəm (s) bizə övladlarımıza yeddi yaşına qədər dini elmlər öyrətməyi əmr etmişdir. Maarif alimləri belə hesab edirlər ki, insanın şəxsiyyətinin 70%-i yeddi yaşında formalaşır. Biz uşaqlarımızı bu tövsiyə ilə böyüdürük".
O əlavə etdi: "Biz istəyirik ki, oğul və qızlarımız dörd, beş və altı yaşlarında öz Rəbbini və peyğəmbərlərini tanısınlar. Həmçinin vətəni sevməyi, elmi sevməyi, namazı sevməyi, böyüklərə hörmət etməyi, qonşularla yaxşı münasibət qurmağı öyrənməlidirlər".
Türkiyənin Diyanət İşləri Başçısı vurğulayıb ki, 4-6 yaşlı uşaqlar üçün Quran hifzi kursları millətimiz üçün inqilabi plandır.
4094975