IQNA

Hollandiyada Quran hifzi məktəblərinə qoyulan məhdudiyyətlər tənqid edilib

11:38 - December 08, 2022
Xəbər sayı: 3493386
İslam təşkilatları Quran hifzi mərkəzlərinə nəzarət planı layihəsini tənqid edib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Hollandiyadakı islam təşkilatları bu ölkədə Qurani-Kərimin əzbərlənməsi mərkəzinin monitorinqinin aparılacağı plan layihəsinə tənqidi münasibət bildiriblər.

Keçən ilin noyabrında təhsil naziri Denis Viersma Təhsil Nazirliyinə tabe olmayan və büdcəsi Nazirlik tərəfindən təmin edilməyən təhsil müəssisələrinə, o cümlədən məscidlərdə Quranı əzbərləyən qurumlara nəzarət etməyə imkan verən plan layihəsini təqdim etdi.

Bu məsələ ilə bağlı danışan Hollandiyanın təhsil naziri deyib: Plan layihəsi bu qurumlarda “qeyri-demokratik ideyalara” qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Bununla bağlı Hollandiyadakı İslam təşkilatları təhsil nazirini məhkəməyə verib.

Reqenmund İslam Təşkilatları Mərkəzinin (SPIOR) direktoru Nuruddin Əl-Ələvi Anadolu xəbər agentliyinə verdiyi müsahibədə deyib: "Təhsil Nazirinin təqdim etdiyi plan İslam təşkilatlarının narahatlığına səbəb olub".

O, bu planın fikir və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Hollandiyada hökumətlə müsəlmanlar arasında əlaqə şöbəsinin müdiri Möhsün Göktaş da dünyəvi hökumət konsepsiyasına əsaslanaraq hökumətin dini qurumların işlərinə qarışmamalı olduğunu bildirib.

4105428

Ad:
E-poçt:
* Comment:
captcha