"İQNA", "Ripple Nigeria"-ya istinadən xəbər verir ki, Nigeriyanın Samaru şəhərində yerləşən Qardaşlar Kilsəsində (Ekkelisiyar `Yan Uwa Ta Nigeria) Milad mərasimi keçirilib. Müsəlmanların bu qrupu kilsə mərasimində iştiraklarını sevgi və dinc yanaşı yaşayışı gücləndirmək səylərinin əlaməti kimi qiymətləndiriblər.
Onlar həmçinin bildirib ki, hər iki dinin ardıcılları arasında sevgi və dostluğu daha da gücləndirmək, dini dözümlülüyü artırmaq məqsədilə kilsə üzvlərinə hədiyyələr verilib.
Mərasimdən sonra jurnalistlərə açıqlama verən müsəlman alimi İsa Məşəlqaro bildirib ki, mərasimdə iştirakın mahiyyəti İsa Məsihin (ə) mövludunu qeyd edən xristianların sevincinə şərik olmaqdır.
Meşelqro bildirib: İslam deyir ki, əgər kimsə sənin din qardaşın deyilsə, o sənin insani qardaşındır. Biz bu insanlığı hamı ilə bölüşürük, istər müsəlman, istər xristian, istərsə də başqa dindən olsun. Biz bu kilsə xidmətində iştirak etmək qərarına gəldik. Çünki bu gün Milad günüdür. İsa Məsihin (ə) doğumunun bütün dünyada qeyd edildiyi gündür. Biz bu sevinci onlarla bölüşürük. Milad hər kəs üçün xeyir-duadır. Ona görə də biz bu şərəfli günü gəlib onlarla birlikdə qeyd etmək istəyirik.
Bu kilsənin xristian alimi Tijani Çindo da kilsənin müsəlmanların gəlişinə qucaq açaraq alqışladığını və bu hərəkətin ölkə daxilində təkrarlanmasını istədiyini söylədi.
Nigeriya İslam Hərəkatının (IMN) üzvləri Şeyx İbrahim Zəkzakinin ardıcıllarından olan şiələrdir.
4109849