IQNA

Zəlzələlər və Qiyamətin yaxınlığı arasındakı əlaqəyə Əl-Əzhər aliminin cavabı

14:08 - February 10, 2023
Xəbər sayı: 3493684
Son zəlzələlərdən sonra qiyamətin yaxınlaşması ilə bağlı müzakirələrin yaranması Əl-Əzhər-i bununla bağlı açıqlamalar verməyə sövq edib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Alimləri Şurasının üzvü Əli Cümə zəlzələnin Allahın qəzəbini artırması və yaxınlaşan qiyamətin əlamətidirmi sualına cavab verib.

O, bununla bağlı deyir: "Qiyamət böyük bir gündür və Allahın kitabında çox zikr edilmişdir. Şübhəsiz ki, Qiyamət günü Rəbbimizin qəzəblənəcəyi və Peyğəmbərimizdən (s) başqa heç kimin şəfaət etməyəcəyi böyük və əzəmətli bir gündür.

Əli Cümə sözünü belə davam etdirib: Qiyamətdən əvvəl Allahın Quranda da bəhs etdiyi əlamətlər olacaq: "Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!" (Muhəmməd, 18).

O bildirib ki,  Həzrət Peyğəmbərin (s) hədislərində 70-dən çox kiçik əlamətlər qeyd olunur ki, onların da əksəriyyəti fitnə-fəsadın, dini tərk etmək, səfehlik, adam öldürmə, zina, iffətsizlik və digər halların üzə çıxması ətrafında cərəyan edir.

Əl-Əzhərin üzvü öz sözlərində qeyd edir ki, zəlzələlərin çox baş verməsi Qiyamətin yaxınlaşması üçün qeyd olunan əlamətlərdəndir.

4120856

captcha