IQNA

Hindistanın müsəlman əhalisi haqqında ifratçı hinduların qeyri-real statistikası

5:49 - May 05, 2023
Xəbər sayı: 3494124
Hindistanın müsəlman əhalisi haqqında yalan iddialar irəli sürməklə, hindu ekstremistləri Hindistanın İslam ölkəsinə çevrilməsinin qarşısını almaq üçün daha çox uşaq dünyaya gətirmələrini istəyiblər.

"İQNA", "Ərəbi post"-a istinadən xəbər verir ki, AFP-nin dərc etdiyi hesabata görə, bir qrup sosial media təsir edən və məşhur insanlar yalan demoqrafik məlumat və statistika dərc edərək Hindistanın müsəlman ölkəsinə çevrildiyini iddia ediblər. Onlar hinduların böyük auditoriyasını cəlb etməyi bacarıblar.

Bu xəbərə görə, sosial şəbəkələrdə Hindistan müsəlmanları ilə bağlı məlumatlar dərc edilir ki, bu ölkənin müsəlman əhalisi sürətlə artmaqdadır. Bu səbəbdən hindulardan daha çox uşaq dünyaya gətirərək Hindistanın İslam ölkəsi olmasına mane olmaları istənilib.

Hindistanın 1,4 milyard əhalisi var ki, bunun da 210 milyonu müsəlmandır. Amma bu ölkədə son onilliklərdə həm qeyri-müsəlmanlar, həm də müsəlmanlar arasında doğum azalıb.

Son məlumatlara əsasən, bu ölkədə doğuş göstəricisinə görə hər qadına iki uşaq düşür. 2050-ci ilə qədər bu ölkənin müsəlman əhalisinin sayı 311 milyon nəfərə çatacaq.

4138418

captcha