IQNA

Ərəbistanda tələbələr üçün keçirilən milli Quran və Sünnə yarışları sona çatıb

13:07 - May 19, 2023
Xəbər sayı: 3494191
Mayın 17-də Məkkədə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin himayəsi ilə hicri 1444-cü il Milli Quran və Peyğəmbər (s) Sünnəsi Müsabiqəsinin tələbələr üçün ilkin mərhələsinin bağlanış mərasimi keçirilib.

"İQNA", Səudiyyə Ərəbistanının Əl-Acil qəzetinin saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin təhsil proqramları üzrə direktor müavini Məhəmməd ibn Səud Əl-Müqbil bağlanış mərasimindəki çıxışında bu müsabiqənin qaliblərini təbrik edib.

Onun sözlərinə görə, bu müsabiqələr bu nazirliyin tələbələrin bacarıqlarının inkişaf etdirilməsi və istedadlarının gücləndirilməsi sahəsində qarşıya qoyduğu məqsədlər çərçivəsində, həmin tələbələri beynəlxalq Quran yarışlarında iştiraka hazırlamaq məqsədilə keçirilir.

Məhəmməd ibn Səud Əl-Müqbil valideynlərin iştirakına və övladlarının bu cür yarışlarda iştiraka hazırlanmasında onların fəal roluna toxunub. O, kişi və qadın müəllimlərin və təhsil şöbələrinin bu yarışların mümkün qədər yaxşı təşkili istiqamətində səylərini yüksək qiymətləndirdi.

Bu müsabiqənin müxtəlif bölmələri üzrə iştirakçıların sayı 242-dən çox oğlan və qız tələbəyə çatmış, onlardan 100-ü final mərhələsinə yüksəlmişdir.

Qeyd edək ki, sözügedən müsabiqə Qurani-Kərimin hifzi, qiraəti və Peyğəmbər (s) sünnəsinin əzbəri olmaqla üç bölmə üzrə keçirilib.

4141638

 

captcha