IQNA

Qurani-Kərim Nur karvanının vəhy diyarında coşğulu qiraətləri

15:27 - June 10, 2023
Xəbər sayı: 3494303
Bu il Nur Karvanı 12 vilayətdən 20 Qurani-Kərim qarisi və hafizinin iştirakı ilə Beytullahil-Həram və Mədinə zəvvarları arasında proqram icra etmək üçün Vəhy diyarına gedib.

"İQNA", xəbər verir ki, Nur Karvanı 12 vilayətdən 20 Qurani-Kərim qarisi və hafizi, beynəlxalq qari Əhməd Əbul-Qasimin başçılığı ilə Beytullahil-Həram və Mədinə zəvvarları arasında proqram icra etmək üçün Vəhy diyarına gedib. Bu da İran İslam Cümhuriyyətinin digər ölkələrin zəvvarları arasında Quranla üns mədəniyyətinin təbliği istiqamətində ciddi səylərini əks etdirir.

İranlı zəvvarların coşğulu iştirakı; Həm şiə, həm də sünnilərin Quranla üns məclislərində coşğulu iştirakı İran İslam xalqı arasında Quranın məqamını göstərir.

Bu da həcc zamanı və sonrasında bu ilahi kitab ətrafında müsəlmanların vəhdətinin güclənməsinə səbəb olur.

İran və digər ölkələrin zəvvarlarının məclislərində proqramın icrası, Kumeyl, Nüdbə və Əhd duası mərasimində qiraət etmək və vəhy diyarında Ali Məqamlı Rəhbərin Besəsinin müxtəlif proqramlarında iştirak etmək Nur Quran Karvanının digər proqramlarından biridir.

Tehrandan Məhəmməd Hüseyn Səidian, Xorasan-Rəzəvidən Ümid Hüseyninejad, Lorestandan Möhsün Yar-Əhmədi, Yəzddən Əli Əkbər Kazimi, Qumdan Məhəmməd İsmayıl Xurşidi, Tehrandan Məhəmməd Kazimi, Semnandan Seyyid Məhəmməd Hüseynpur, Zəncandan Əlirza Ətiqzadə, Ərdəbildən Rəsul Təmcid, Tehrandan Məhəmməd Müvəhhidian Əttar, Qəzvindən Əli Qulami, Mazandarandan Əli Kəbiri, Farsdan Məhəmməd Mehdi Ruhani, Xorasan Rəzəvidən Məhəmməd Rza Cahidiniya (Hafiz) bu karvanın üzvləridir. Xuzistandan Baqir Səvari, Əli Savari, Yasir Savari, Mənsur Ələviməram və Əyyub Təmimidən təşkil olmuş Miad surud və mədhiyyə qrupu da Səudiyyə Ərəbistanına gedib.

Aşağıda Xorasan Rəzəvi vilayətinin görkəmli qarisi Ümid Hüseyninejadın və Fars əyalətinin görkəmli qarilərindən biri və Quran karvanının üzvü Məhəmməd Mehdi Ruhaninin vəhy torpağında və Məkkədə sünni karvanları arasında qiraətlərindən bəzilərini görə bilərsiniz.

kod
kod
kod

4146742

captcha