"İQNA", İsveç Məlumat Mərkəzinə istinadən xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib: “İsveç azadlıq ölkəsidir, lakin başqalarının təhqir olunmasına icazə vermir”. O, daha sonra bu ölkədə Quranın yandırılmasını pisləyib və bu hərəkəti tənqid edib.
İsveçin Xarici İşlər Naziri Quranın tez-tez yandırılmasını İsveçdə müsəlmanlar və qeyri-müsəlmanlar arasında parçalanma yaratmaq məqsədi daşıyan təxribatçı, qəbuledilməz və nifrət dolu bir hərəkət kimi qiymətləndirib.
İsveç radiosu həmçinin bu ölkənin xarici işlər nazirinin BMT-nin Baş Assambleyası çərçivəsində 30 İslam ölkəsi və təşkilatının nümayəndələri ilə görüşdüyünü bildirib.
Bu görüşlərdə o, Quranın yandırılmasının pislənməsi ilə bağlı İsveçin mövqeyini açıqlayıb və bildirib: "İsveç qanunları hökumətin və cəmiyyətin maraqlarına zidd hərəkət edə bilər, çünki mövcud qanunlar belə problemlərin və böhranların olmadığı bir dövrdə qəbul edilib".
Billström əlavə edib: "İslam ölkələrinin nümayəndələri ilə görüş çox yaxşı, açıq və şəffaf keçdi, lakin tez həll yolları yoxdur. Amma problemlərin həlli istiqamətində səylər başlayıb. Bu mövzu İslam ölkələrinin nümayəndələri ilə müzakirənin əsas mövzusu olub".
4170841