"İQNA", "Təvasul"-ə istinadən xəbər verir ki, Çeçen əsilli isveçli, döyüş növləri üzrə çempion və boksçu Həmzə Çimaev İsveç vətəndaşlığından imtina edəcəyini və İsveçi təmsil etməyəcəyini açıqlayıb.
Rusiya mətbuatı xəbər verir ki, Həmzə Quranın yandırılmasına icazə verən İsveç hökumətinə qarşı qəzəbli hissləri səbəbindən vətəndaşlıqdan imtina edib.
Bu arada İsveç mediası onun İsveç vətəndaşlığından pula görə imtina etməyə razılaşdığını, xüsusən də BƏƏ vətəndaşlığını aldıqdan sonra BƏƏ-ni təmsil edəcəyini iddia edib.
İsveçdə iraqlı qaçqın Selvan Momikanın tez-tez Quran yandırması və ifrat sağçı partiyaların dəstəyindən sonra ölkənin digər İslam ölkələri ilə münasibətlərində böyük böhran yaranıb.
4170930