IQNA

Almaniyada həftəsonu 3 məscidə irqçi təhdidlərin yer aldığı paketlər göndərilib

23:34 - October 30, 2023
Xəbər sayı: 3494936
BERLİN (İQNA) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bohum, Kastrop-Rauxel və Reklinqhauzen şəhərlərindəki 3 məscidə irqçi təhdidlər olan paketlər göndərilib.

TRT Xəbər”in verdiyi məlumata əsasən, Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı məscidlərə göndərilən paketlərdə türk və alman dillərində irqçi təhdid və təhqirlər, yandırılmış Quran səhifələri, donuz əti və nəcislər olub.

Sözügedən paketlər poçtla 27 oktyabr cümə günü Castrop-Rauxel Mövlana məscidinə, 28 oktyabr şənbə günü Recklinghausen Mərkəzi Məscidinə və 30 oktyabr bazar ertəsi Bohum Mərkəzi Məscidinə göndərilib.

Paketləri göndərənlərə qarşı cinayət işi açılıb.

DİTİB Bochum Mərkəzi Məscidi Başçısı Adnan Akçay, DİTİB Recklinghausen Mərkəzi Məscidi Başçısı Hayri Yılmaz və DİTİB Castrop-Rauxel Mövlana Məscidi Başçısı Kubilay Çorbacı birgə verdikləri bəyanatlarında baş vermiş hadisədən dərin kədərləndiklərini bildiriblər.

Məscidlərə edilən hücumların ən sərt şəkildə pisləndiyi bəyanatda bunlar qeyd edilib:

"Həmişə olduğu kimi, təxribatlara qarşı ləyaqətli və ağıllı mövqeyimizdən güzəştə getməyəcəyik. Bu iyrənc hücum həm bizi, həm qonşularımızı çox kədərləndirdi. Həm biz, həm də ictimaiyyətimiz narahatçılıq keçiririk. Oxşar hücumların davam etməsi cəmiyyətdə ciddi narahatlıq yaradacaq. Hadisəni törədən və ya edənlər tez bir zamanda tutulmalıdır. Onların məsuliyyətə cəlb olunmasını tələb edirik".

captcha