Ramallahın şimal-qərbindəki Kefr Əyn qəsəbəsində sionist rejim hərbçiləri tərəfindən vurulan və ağır yaralarla xəstəxanaya yerləşdirilən fələstinli Malik Əl-Berqusi həyatını itirib.
Kefr Əyn sakinlərindən alınan məlumata görə, sionist rejim qüvvələri qəsəbəyə hücum etdikləri zamanı fələstinlilərə həqiqi güllələrlə atəş açıb.
Açılan atəş nəticəsində aparıldığı Salfit Dövlət Xəstəxanasında dünyasını dəyişən qəsəbə sakinlərindən fələstinli Əl-Berqusi 3 güllə yarası almışdı.