IQNA

Sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini qətlə yetirib

10:57 - November 28, 2023
Xəbər sayı: 3495052
TEHRAN (İQNA) - İşğal altındakı İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığında sionist rejim qüvvələri tərəfindən vurulan bir fələstinli həyatını itirib.

Ramallahın şimal-qərbindəki Kefr Əyn qəsəbəsində sionist rejim hərbçiləri tərəfindən vurulan və ağır yaralarla xəstəxanaya yerləşdirilən fələstinli Malik Əl-Berqusi həyatını itirib.

Kefr Əyn sakinlərindən alınan məlumata görə, sionist rejim qüvvələri qəsəbəyə hücum etdikləri zamanı fələstinlilərə həqiqi güllələrlə atəş açıb.

Açılan atəş nəticəsində aparıldığı Salfit Dövlət Xəstəxanasında dünyasını dəyişən qəsəbə sakinlərindən fələstinli Əl-Berqusi 3 güllə yarası almışdı.

captcha