Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə havaların soyumasına baxmayaraq Segels Torq meydanına toplaşan nümayişçilər Yeni ili qeyd etmək əvəzinə İsrail tərəfindən öldürülən uşaqlar və mülki vətəndaşlar üçün yas tutdular.
Nümayişçilər əllərində “Azad Fələstin, azad Qəzza”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” yazılı plakatlar qaldırıblar.
Nümayişçilər Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və "Fələstinə azadlıq", "İşğala son" və "Qatil İsrail" kimi şüarlar səsləndiriblər.
İsveç və ABŞ-ın İsrailə verdiyi dəstəyə reaksiya verən etirazçılar, iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduğunu bildiriblər.
Qrup adından edilən çıxışda İsrailin uşaq, qadın və jurnalistləri qətlə yetirməsi səbəbilə Yeni il gecəsini qeyd etmədikləri, əksinə Fələstin xalqının səsini eşitdirməyə çalışdıqları ifadə edildi.
AA