IQNA

Tailandın baş naziri: "Ramazan ayı Qurana hörmət etmək üçün bir fürsətdir"

5:59 - March 14, 2024
Xəbər sayı: 3495631
İQNA - Tailandın baş naziri Srettha Thavisin: "Müsəlmanlar fiziki və mənəvi cəhətdən təmizlənmək üçün İslam prinsiplərinə uyğun olaraq oruc tuturlar. Ramazan ayı həm də Allahın müsəlmanlara həyat və əməl bələdçisi olaraq bəxş etdiyi Qurani-Kərimə hörmət etmək üçün bir fürsətdir".

"İQNA"-nın Tailanddan verdiyi xəbərə görə, Tailandın baş naziri Srettha Thavisin müqəddəs Ramazan ayının gəlişi münasibətilə daxildə və xaricdəki bütün müsəlmanları təbrik edib.

Thavisin mesaj dərc edib: "Müsəlmanlar fiziki və mənəvi cəhətdən saflaşmaq üçün İslam prinsiplərinə uyğun olaraq oruc tuturlar. Ramazan ayı həm də Allahın müsəlmanlara həyat və əməllər üçün bələdçi olaraq bəxş etdiyi Qurani-Kərimə hörmət etmək üçün bir fürsətdir".

Çıxışına davam edən baş nazir Ramazan ayında vacib əməllərin əhəmiyyətinə diqqət çəkərək dedi: "Ramazan ayı ağlı, nəfsi, səbri, dözümlülüyü, xeyirxah əməlləri və iradə gücünü qüvvətləndirir. Nəhayət, tam təslimiyyətə aparan möhkəm iman, Allahın hüzuruna səbəb olar”.

Baş nazir çıxışının sonunda bu ayda itaət və ibadətlərin qəbul olunması üçün dua edib, Allahdan Tailand müsəlmanlarına xoşbəxtlik, sağlamlıq, ürək və fiziki güc diləyib və onların cəmiyyətdə sülhün qurulmasında rol oynayacaqlarına ümid etdiyini bildirib.

4205050

captcha