"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Məkkədə “mötədillik dəyərlərinin təbliği və möhkəmləndirilməsində dini işlərin və vəqflərin rolu” adı altında keçirilən konfransda 62 ölkədən nazirlər, müftilər və İslam şuralarının rəhbərləri iştirak ediblər.
Konfransın yekun bəyannaməsində üzv ölkələrin Vəqflər və Dini İşlər Nazirlikləri, Fətva Mərkəzləri və İslam Şuraları arasında koordinasiya, əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində səyləri yüksək qiymətləndirilib.
Bəyanatda həmçinin İslam ölkələrinin birlik və həmrəyliyinin qorunub saxlanmasının zəruriliyi vurğulanıb. İslam ümmətində ixtilaf və təfriqə yaradacaq hər bir şeyə qarşı xəbərdarlıq edilib.
Konfransın yekun bəyannaməsində cəmiyyətlərdə mənəvi və ailə dəyərlərinin qorunmasının vacibliyi də vurğulanıb.
Bəyanatın digər hissəsində İslama və müsəlmanlara qarşı nifrətin yayılması, İslamın imicinin təhrif edilməsi, din və irq zəminində zorakılığın təhrik edilməsi ilə mübarizə üçün mədəni proqramların hazırlanmasının zəruriliyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İslamofobiya ilə mübarizəyə dair qətnamənin qəbul edildiyi də vurğulanıb.
4230311