Sosial məsuliyyət insanların öz həmkarlarına qarşı malik olduqları mənəvi və kollektiv öhdəlik növüdür. İnsan bu məsuliyyətə əsasən, cəmiyyətin xeyrinə bir sıra işlər görməlidir. Sosial həyatda insanların iqtisadi, mədəni və dini taleyi bir-birinə qarışır, insanın hərəkət və davranışı cəmiyyətdəki digər sahələrə və insanlara təsir edir. Buna əsasən, bir cəmiyyətin insanları bir-birinin davranış və reaksiyalarına cavabdehdirlər.
İslam təlimlərinə görə, sosial məsuliyyət insanların öz həmcinsləri üçün etdikləri davranış və hərəkətlər toplusudur. Müsəlman bunu məcburiyyətdən etmir; daha doğrusu, camaat içində olması və Allah-Təalanın ona verdiyi əmrə görə bunu etməlidir. Bu vəzifələrin əhatəsi Quran ayələri əsasında çox müxtəlifdir və ailədən qohumlara, şəhər sakinlərinə, cəmiyyətin bütün üzvlərinə qədər müxtəlif sosial qruplara qarşı məsuliyyət hissini əhatə edir. İslam təfəkküründə müsəlman öz cəmiyyətində və insani münasibətlərində hər hansı bir nöqsan və zəiflik görürsə, buna biganə qalmamalı və həmin nöqsanı düzəltməyə çalışmalıdır.
Quranda sosial məsuliyyətə misal olaraq müsəlmanın yetimlərə və yoxsullara qarşı yerinə yetirməsi lazım olan öhdəlikdir. “Yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)” (İsra/34). Yetimlər sahəsində ictimai məsuliyyəti yerinə yetirməyin əhəmiyyəti o qədər böyükdür ki, “Maun” surəsində bəzi təfsirçilər özünə inam və yetimlərə, yoxsullara və əsirə xidmət, namazın qəbulu arasında möhkəm əlaqə qururlar. Bu cür rəftardan belə başa düşmək olar ki, həqiqi iman və həqiqi dindarlıq və həqiqi namaz və ibadət insanın öz cəmiyyətinə diqqət yetirməsi və həmvətənlərinin ehtiyaclarını yerinə yetirməsidir; yoxsa din, iman, namaz və ibadət doğru olmaz; çünki sevgi və həmcinsin ehtiyaclarının ödənilməsi ünsürü həyata keçməz.
Quranda sosial məsuliyyətin başqa bir nümunəsi də təvasidir. Təvasi sifariş etmək deməkdir. Quranın bir çox ayələrində müsəlmanların bir-birlərinə tövsiyə etməyə çağırılmış, xüsusilə də səbirli və doğruçu olmağa sifariş etmək geniş diqqət yetirilən məsələlərdəndir. Təvasi iradənin və motivasiyanın zəifləməsi səbəbindən edilir. Daha aydın desək, bəzən insanın iradəsi zəifləyir, doğru yolda dözümlülüyü azalır. Təvasi belə bir mövqedə əmr olunur; şünki bu vəziyyətdə ətrafdakı insanları doğru və səbirli olmağa sifariş etmək ilə insanın motivasiyası və iradəsi güclənəcək və onun bu yola davam etməsi mümkün olacaq.
Ümumiyyətlə, sosial məsuliyyət kateqoriyası İslamda xüsusi diqqət yetirilən bir məsələdir. Həqiqətdə İslamın müxtəlif dinlər arasında yaşaması və davamlı olmasının dəlillərindən biri də bu dinin ətrafdakı insanların və cəmiyyətin halını nəzərə almağa diqqətində görmk olar.