“İQNA” xəbər agentliyinin “RT”-yə istinadən verdiyi xəbərə görə, Həmas bu addımı pisləniləsi və rədd ediləsi bir hərəkət adlandırıb və onu işğalçıların Fələstin xalqına qarşı törətdikləri cinayətlərə örtük yaratmaq cəhdi kimi qiymətləndirib.
Həmas həmçinin vurğulayıb ki, bu qərar işğalçı rejimin və onun liderlərinin beynəlxalq təcridinin artdığı, beynəlxalq qanunları davamlı şəkildə pozduqları bir vaxtda qəbul olunub.
Hərəkat bəyanatında bütün ölkələri, xüsusilə İslam ölkələrini, işğalçı rejimlə bütün əlaqələrini kəsməyə və hər hansı normallaşma layihəsində iştirakdan çəkinməyə çağırıb. Həmas dövlətlərin Fələstin xalqının davamlı mübarizəsinə, azadlıq və müstəqillik uğrunda ədalətli savaşına, paytaxtı Qüds olan müstəqil dövlətin qurulmasına dəstəklərini göstərmələrini istəyib.
Qazaxıstan cümə axşamı günü elan edib ki, İsrail ilə bir sıra ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmasına qoşulmaq üçün danışıqların son mərhələsindədir.
ABŞ-ın elçisi Stiv Vitkov Mayamidə keçirilən ABŞ Biznes Forumunda deyib: “Bu axşam Vaşinqtona qayıdıram, çünki bu gecə yeni bir ölkənin İbrahim razılaşmasına qoşulduğunu elan edəcəyik.” Onun nəzərdə tutduğu ölkə Qazaxıstan olub.
4315378