“Əl-Cəzirə”nin məlumatına görə, İslam Təşkilatlarının Koordinasiya Şurası bəyanat yayıb ki, bəzi Malayziya şirkətləri Qərb Sahilindəki sionist yaşayış məntəqələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.
Fələstini dəstəkləyən fəallar və təşkilat nümayəndələri paytaxt Kuala-Lumpurda yerləşən “Merdeka 118” göydələni qarşısında etiraz aksiyası keçiriblər. Bu bina ölkənin əsas dövlət sərvət fondlarından biri olan Malayziya İnvestisiya Şirkəti (BNP Paribas)-a məxsusdur.
Binada Boykot, İnvestisiyadan İmtina və Sanksiya (BDS) hərəkatının “işğal cinayətlərində şərik” adlandırdığı bir sıra şirkətlərin ofisləri yerləşir. Onlardan biri Sime Darby adlı Malayziya şirkətidir. Şirkət palma yağı istehsalı və daşınmaz əmlakın inkişafı kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Sime Darby-nin avadanlıqları, İsrail işğalçılarına D9 buldozerləri təchiz edən Amerika şirkəti Caterpillar-ın məhsullarından asılıdır.
Uşaq və qadın rifahı, eləcə də ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən fəal Çi Esma İbrahim “Əl-Cəzirə”yə bildirib ki, yerli şirkətləri İsrail işğalçıları ilə əməkdaşlıq edən beynəlxalq tərəfdaşlarını boykot etməyə çağırmağa davam edir.
O deyib: “Bu əlaqə, Fələstində işğalçılar tərəfindən törədilən hərbi cinayətlərdə şəriklik deməkdir.”
İbrahim izah edib ki, boykot çağırışları yalnız hər hansı formada işğalçıları dəstəkləyən şirkətlərə yönəlib və xüsusilə Caterpillar şirkətini hədəfə alır. O qeyd edib ki, Caterpillar təkcə çoxlu günahsız insanın, o cümlədən uşaq və qadınların ölümünə səbəb olmur, həm də Qəzza zolağında kütləvi qırğınlar törədən və Qərb Sahilində qeyri-qanuni yaşayış məntəqələri quran işğalçılara yardım edir.
Esma İbrahim Qəzza zolağında bitib-tükənməyən cinayətləri gördükdən sonra İsrailə qarşı Boykot, İnvestisiyadan İmtina və Sanksiya (BDS) hərəkatına qoşulub.
O əlavə edib ki, diqqətini İsrail işğalını dəstəkləyən beynəlxalq şirkətlərlə əməkdaşlıq edən iri yerli şirkətləri hədəf alan kampaniyalara yönəldib.
İbrahim vurğulayıb ki, boykot kampaniyaları pərakəndə ticarət sahəsində, məsələn, restoran və kafelər kimi müəssisələrdə, eləcə də Fələstin xalqı ilə həmrəyliyə dəyər verən böyük şirkətlər arasında mühüm uğurlar qazanıb.
4315372