IQNA

Misir Film Festivalının fəxri qonağı: "Fələstin"

11:39 - November 29, 2024
Xəbər sayı: 3497146
İQNA – Misirdə keçirilən “Fəyyum” beynəlxalq film festivalı noyabrın 25-də başlayıb.

"Əl-Qüds Əl Arabi-nin verdiyi xəbərə görə, bu festival ətraf mühit və iqlim filmlərini ehtiva edir və noyabrın 30-dək davam edəcək.

Fələstin, Fəyum Beynəlxalq Film Festivalının fəxri qonağıdır və fəxri qonağın filmləri bir gün festivalda nümayiş etdiriləcək.

Festivalın direktoru Nahid Salah 28 Noyabrın Fələstin Günü olduğunu və bir çox kino ulduzları və sənət adamlarının, eləcə də Fələstinin Qahirədəki səfirliyinin rəsmilərinin iştirakı ilə müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.

Salah, “Bu gün festivalın qonaqları Fələstin məhsullarının bazarını görəcəklər. “Fələstinli media fəalı Nizal Əl-Natur tərəfindən hazırlanan əsərlər ölkə irsindən ilhamlanaraq Fələstin irsi və müasir Fələstin modası mövzusu ilə ziyarətçilərə təqdim olunacaq” dedi.

Festivalın bədii rəhbəri həmçinin bildirib ki, bu gün fələstinli rejissor Rəşid Meşəhrəvinin “Sıfır məsafədən” qısametrajlı filmi nümayiş olunacaq.

4250625

captcha