IQNA

İran Beynəlxalq Quran Müsabiqəsinin ilk iştirakçılarının gəlişi

12:28 - January 24, 2025
Xəbər sayı: 3497488
İQNA – İran İslam Respublikası Beynəlxalq Quran Müsabiqəsinin ilk iştirakçıları və qonaqları cümə axşamı, yanvarın 23-də İrana gəlib və İmam Xomeyni (r.ə) hava limanında qarşılanıblar.

"İQNA"-nın verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinin başlanmasına üç gündən az vaxt qalıb. Bu beynəlxalq tədbirin ilk iştirakçıları və qonaqları, yanvarın 23-də İmam Xomeyni (r.ə) hava limanı vasitəsilə İrana daxil olublar.

İran İslam Respublikasının Beynəlxalq Quran Yarışmasının final mərhələsi bazar günü, yanvarın 26-da müqəddəs Məşhəd şəhərində açılış mərasimi ilə başlayacaq və bağlanış mərasiminin keçiriləcəyi bu ayın 31-nə qədər davam edəcək.

İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi 27 ölkədən 57 qari, tərtil oxuyan və hafizin iştirakı ilə keçiriləcək. Amma əvvəllər bu müsabiqənin ilkin mərhələsində 104 ölkədən nümayəndə iştirak edirdi.

Bu yarışlar kişilər qrupunda üç fənn üzrə keçirilir: Təhqiq qiraəti, Qurani-Kərimin tərtil üzrə qiraəti və bütün Qurani-Kərimin hifzi, qadınlar arasında isə iki növ: Qurani-Kərimin tərtil üzrə qiraəti və bütün Quranın hifzi.

ورود نخستین شرکت‌کنندگان در مسابقات بین‌المللی قرآن ایران

 

İranın bu müsabiqədə təmsilçiləri arasında təhqiq qiraəti sahəsində Seyid Məhəmməd Hüseynpur; Məhəmməd Xakpur bütün Qurani-Kərimin hifzi sahəsində; Müctəba Qədbeygi kişilər arasında tərtil qiraəti kateqoriyasında yarışacaqlar. Fatimə Dəliri bütün Qurani-Kərimin hifzi kateqoriyasında, Qəzalə Süheylizadə isə qadınlar arasında tərtil qiraəti kateqoriyasında müsabiqə verəcəklər.

 

4261491

captcha