"TRT News"-un verdiyi məlumata görə, Cəmiyyətdən verilən yazılı açıqlamada, ölüm səbəbi ilə bağlı heç bir məlumat verilmədən qəzzalı məhbus Musəb Həniyyənin İsrail həbsxanalarında həyatını itirdiyi bildirilib.
Açıqlamada Həiyyənin vəfatı ilə 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 59-a çatdığı bildirilib.
Açıqlamada həyatını itirən 59 nəfərdən 38-nin Qəzza zolağından olduğu qeyd edilib və həmçinin İsrailin həyatını itirən onlarla fələstinli məhbusu gizlətdiyi iddia edilib.