IQNA

Fələstin Məhbuslar Dərnəyi:

7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında 59 fələstinli ölüb

2:46 - February 26, 2025
Xəbər sayı: 3497690
İQNA – Fələstin Məhbuslar Dərnəyi 7 oktyabr 2023-cü ildə İsrailin Qəzza zolağına hücumlarının başlamasından bu yana İsrail həbsxanalarında ölən fələstinli məhbusların sayının 59-a çatdığını açıqlayıb.

"TRT News"-un verdiyi məlumata görə, Cəmiyyətdən verilən yazılı açıqlamada, ölüm səbəbi ilə bağlı heç bir məlumat verilmədən qəzzalı məhbus Musəb Həniyyənin İsrail həbsxanalarında həyatını itirdiyi bildirilib.

Açıqlamada Həiyyənin vəfatı ilə 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 59-a çatdığı bildirilib.

Açıqlamada həyatını itirən 59 nəfərdən 38-nin Qəzza zolağından olduğu qeyd edilib və həmçinin İsrailin həyatını itirən onlarla fələstinli məhbusu gizlətdiyi iddia edilib.

captcha