IQNA

İtaliya media fəalları İmam Hüseyn (ə) hərəminin sağlamlıq xidmətlərini yüksək qiymətləndiriblər

4:11 - May 04, 2025
Xəbər sayı: 3498122
İQNA – İmam Hüseynin (ə) hərəminə bağlı müxtəlif qurumları ziyarət edən İtaliyadan yüksək səviyyəli media heyəti hərəmin müxtəlif sahələrdəki qabaqcıl xidmətlərini yüksək qiymətləndirib.

İmam Hüseynin (ə) ziyarətgahının informasiya mərkəzinin verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyi və ölkənin Turizm İdarəsinin hərəmin Beynəlxalq Media Mərkəzi ilə birgə təşkil etdiyi proqram çərçivəsində nümayəndə heyəti qurumları ziyarət edib.

İtaliya mətbuatının nümayəndələri İmam Hüseyn (ə) hərəminin Səhiyyə və Tibbi Təhsil Şöbəsinə tabe olan İmam Hadi (ə) Mərkəzinə baş çəkərək, hərəmin səhiyyə və təhsil xidmətlərinin yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Mərkəzin iş metodu və tətbiq edilən müasir tibbi texnologiyalar haqqında məlumat əldə edilib.

Onlar həmçinin Kərbəlada Əz-Zəhra Qızlar Universitetində olub, universitetin akademik və təhsil fəaliyyəti və proqramları haqqında məlumat alıblar.

Media nümayəndə heyəti İraqın bir sıra dini və turizm obyektlərinə də baş çəkərək, dini mədəni fəaliyyətlərin və intellektual problemlərin təbliği, ekstremizm və radikalizmlə mübarizə, birgəyaşayış və sülh mədəniyyətinin təbliği, irqçiliyin müxtəlif formalarına qarşı mübarizə məsələlərini diqqət mərkəzində saxlayıb.

4279608

captcha