IQNA

Britaniya baş naziri: İsrailin Qəzzədə əməliyyatları genişləndirməsi yalnız qan tökülməsinə gətirəcək

2:19 - August 09, 2025
Xəbər sayı: 3498669
İQNA – Britaniyanın baş naziri Kir Starmer İsrail rejiminin Qəzza zolağında hərbi əməliyyatları gücləndirmə qərarına qarşı çıxıb.

İQNA “Downing Street”in bəyanatına istinadla xəbər verir ki, Starmer bu addımın münaqişəni bitirməyəcəyini, girovların azad olunmasına kömək etməyəcəyini və yalnız “daha çox qan tökülməsinə” səbəb olacağını bildirib.

O, Qəzzədə humanitar böhranın hər gün dərinləşdiyini vurğulayıb və atəşkəs, humanitar yardımın artırılması, girovların azad edilməsi və iki dövlətli həll yolunda danışıqların başlanmasını tələb edib.

Starmer həmçinin xəbərdarlıq edib ki, tərəflər səmimi danışıqlara başlamasa, iki dövlətli həll perspektivi “göz önündə yox olacaq”.

3494161

Teqlər: britanya ، qəzzə ، israil
captcha