İQNA “Downing Street”in bəyanatına istinadla xəbər verir ki, Starmer bu addımın münaqişəni bitirməyəcəyini, girovların azad olunmasına kömək etməyəcəyini və yalnız “daha çox qan tökülməsinə” səbəb olacağını bildirib.
O, Qəzzədə humanitar böhranın hər gün dərinləşdiyini vurğulayıb və atəşkəs, humanitar yardımın artırılması, girovların azad edilməsi və iki dövlətli həll yolunda danışıqların başlanmasını tələb edib.
Starmer həmçinin xəbərdarlıq edib ki, tərəflər səmimi danışıqlara başlamasa, iki dövlətli həll perspektivi “göz önündə yox olacaq”.
3494161