IQNA

İslam Əməkdaşlıq Təşkilatı Qərb Sahilindəki məscidə edilən hücumu pislədi

12:03 - November 18, 2025
Xəbər sayı: 3499233
İQNA - İslam Əməkdaşlıq Təşkilatı sionist məskunlaşanların Qərb Sahilində bir məscidi yandırmasını pisləyib.

“Əlcəzair” Rəsmi Xəbər Agentliyinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı cümə axşamı radikal məskunlaşan qrupların Qərb Sahilinin şimalındakı Səlfit vilayətində yerləşən bir məscidi qəsdən yandırması ilə nəticələnən terror aktını ən sərt şəkildə qınayıb.

Təşkilat bəyanatında vurğulayıb ki, bu cinayətkar addım dünya müsəlmanlarının hisslərini açıq şəkildə təhrik edir və ibadət məkanlarının müqəddəsliyinə hücumdur ki, bu da beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının açıq şəkildə pozulması deməkdir.

İslam Əməkdaşlıq Təşkilatı İsrail işğalçı qüvvələrinin himayəsi və dəstəyi altında radikal məskunlaşanlar tərəfindən Qərb Sahilinin hər yerində həyata keçirilən hücum və cinayətlərin təhlükəli və sistematik şəkildə artması barədə xəbərdarlıq edib.

Təşkilat əlavə edib ki, bu hücumlar Fələstin xalqına qarşı təhrik, radikalizm, irqçilik və etnik təmizləmə siyasətinin birbaşa nəticəsidir.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyəti bu cinayətlərin bütün məsullarının cavabdehliyini təmin etməyə, işğalçıların cəzasızlığına son qoymağa və dinlərə təhqiri, həmçinin müqəddəs məkanlara hörmətsizliyi cinayət kimi tanımağa çağırıb.

Sionist məskunlaşanlar Qərb Sahilinin Səlfit bölgəsinin şimal-qərbində yerləşən əl-Həccə Hümeydə məscidini yandırıb və ərəblərə və müsəlmanlara qarşı düşmənçilik dolu irqçi şüarlar yazıblar.

Fələstin Vəqflər və Dini İşlər Nazirliyi bu dəhşətli cinayəti pisləyərək bildirib ki, bu, sionist irqçi təhrik maşınının İslam və Xristian müqəddəs məkanlarına hücumlarındakı vəhşiliyinin açıq göstəricisidir.

Nazirlik əlavə edib: “Bu cinayət, müsəlmanlara və onların dini hisslərinə açıq hücumdur”.

4317553

captcha