IQNA

Sionist rejimi tərəfindən Hizbullah komandirlərindən birinin terror edilməsi

12:09 - November 24, 2025
Xəbər sayı: 3499270
İQNA - Sionist işğalçı rejim Beyrutun cənubundakı Zəhiya bölgəsini hava hücumuna məruz qoyub və bildirilir ki, hücumun hədəfi Hizbullah komandirlərindən biri olub.

“İQNA”-nın “əl-Əxbar”a istinadla verdiyi xəbərə görə, sionist rejimi Livandakı hava təcavüzlərini və atəşkəsi pozmaq siyasətini davam etdirərək bu dəfə Zəhiya bölgəsinə hava hücumu təşkil edib.

Livan mənbələri bildiriblər ki, bu hava hücumu nəticəsində bir nəfər şəhid olub, üç nəfər isə yaralanıb.

Sionist rejimin ordu radiosu hücumun hədəfinin Hizbullahın tanınmış fiqurlarından biri olan “Əbuəli Təbətəbai” olduğunu iddia edib.

Bununla bağlı Hizbullah da açıqlama yayaraq, Cənubi Livanın Hula qəsəbəsinin bələdiyyə şurasının üzvü Hüseyn Yasin Hüseynin qətlə yetirilməsini sərt şəkildə pisləyib və bunun bələdiyyə işçilərinə qarşı ardıcıl cinayətlərə əlavə olunduğunu bildirib.

Hizbullah vurğulayıb ki, bu terrorun 22 noyabr 2025-ci ildə, yəni Livanın Müstəqillik Günü ilə eyni vaxta təsadüf etməsi açıq şəkildə göstərir ki, sionist düşmən xüsusilə Cənubi Livanda bələdiyyələrin rolunu zəiflətmək və onların imkanlarını məhv etmək üçün işçilərinə qarşı birbaşa və sistemli hücumlarla Livan dövlətinə və daxili qurumlara düşmən mesajı verməyə çalışır.

Hizbullah əlavə edib ki, qısa müddət ərzində bu cür terrorların dördüncü dəfə təkrarlanması, sionist rejimin mülki qurumların əməkdaşlarını hədəf almaqda sistemli siyasət yürütməsinin açıq sübutudur. Bu isə beynəlxalq qanunların və mövcud razılaşmaların açıq şəkildə pozulması hesab olunur və Livan dövlətinin qəti mövqe ortaya qoymasını, hücumların davam etməsinin qarşısını almaq üçün dərhal tədbirlər görməsini tələb edir.

Livan İslam Müqaviməti qeyd edib ki, bu terrorların təkrar olunmasına baxmayaraq, beynəlxalq qurumlar heç bir ciddi addım atmayıblar. Bu isə beynəlxalq ictimaiyyətin mülki şəxslərin və yerli idarəetmə işçilərinin müdafiəsi məsələsində nə dərəcədə ciddi olduğu barədə ciddi suallar yaradır.

Hizbullah vurğulayıb ki, mülki işçiləri hədəf almaq “qırmızı xətt”dir və bələdiyyə əməkdaşlarını qorxutmaq cəhdləri onların ictimai vəzifələrini icra etməkdə daha da möhkəm olmalarına səbəb olacaq və düşmənin bu təcavüzləri adi və qəbul edilən siyasətə çevirməsinə heç vaxt imkan verməyəcək.

4318816

captcha