IQNA

Əl-Əzhərin Şeyxinin Quranın hifzinin İslamın mesajını dünyaya çatdırmaqda əhəmiyyəti barədə vurğusu

13:31 - December 06, 2025
Xəbər sayı: 3499347
İQNA – Əl-Əzhərin şeyxi Əhməd Təyyib, Allahın kitabının hifzinə diqqət yetirməyin, xeyir, rəhmət və sülh mesajını – İslamın mahiyyətini – dünyaya daşımağa qadir yeni bir gənc nəsil yetişdirməyin əsası olduğunu vurğuladı.

“İQNA”-nın “Əl-Əhram” xəbər portalına istinadla verdiyi məlumata görə, Əhməd Təyyib çərşənbə günü Qahirədəki Əl-Əzhər İslam Mərkəzində “Əhməd Təyyib” Qurani-Kərimin hifzi və təcvidi məktəbinə yazılmış bir qrup xarici tələbəni qəbul etdi. 

Əhməd Təyyib bu görüşdə tələbələrin on qiraət üzrə seçilən tilavətlərini dinlədi və onların Qurani-Kərimi oxumaqda ustalıqlarını yüksək qiymətləndirdi. O, bunu məktəbin məsul şəxslərinin və müəllimlərinin böyük səylərinin göstəricisi adlandırdı. 

Digər tərəfdən, tələbələr vurğuladılar ki, “Şeyx Təyyib” Qurani-Kərimin hifzi və təcvidi məktəbi onlara Quranı əzbərləməkdə asanlıq yaradıb. 

Görüşün sonunda Əl-Əzhərin Şeyxi tələbələrə tövsiyə etdi ki, Qurani-Kərimin ayələrini sadəcə əzbərləməklə kifayətlənməsinlər, onun mənalarını və təfsirini daha dərindən anlamağa çalışsınlar ki, yaxın gələcəkdə öz ölkələrində Əl-Əzhərin elçiləri olsunlar. O, həmçinin vurğuladı ki, Əzhər onlara hər cür dəstək verməkdən çəkinməyəcək. 

4321005

Teqlər: misir ، əl-əzhər ، quran ، hifz ، İslam ، mesaj
captcha