“İQNA”-nın Müqəddəs İmam Əli (ə) hərəminin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Əmirəlmöminin (ə) mövlud gecəsində çoxsaylı zəvvarlar təbrik üçün Müqəddəs İmam Əli (ə) hərəminə təşrif buyurdular.
Ötən gecə, yanvarın 2-də zəvvarlar sevgi və sədaqətlə dolu qəlbləri ilə Müttəqilərin Mövlası Əmirəlmöminin Əlinn (ə) mövlud gecəsində mübarək zərihin ətrafında təvaf etdilər və hərəmin həyətində möhtəşəm camaat namazı qıldılar.
Həmçinin Müqəddəs İmam Əli (ə) hərəmi, Həzrət Zəhra (s.ə) həyətində bərəkətli süfrə açaraq İmam Əli (ə) hərəminin zəvvarlarını qonaq etdi.
4326658