İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-ehram” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əhməd Təyyib – Misirin “Əl-Əzhər” Universitetinin Şeyxi, yanvar ayının 12-də Əziz İslam Peyğəmbərinin (s) ad günü münasibətilə Qahirənin “Əl-İttihadiyyə” sarayında etdiyi çıxışında İslam dünyasında təkfirçi fətvalrın artdığını tənqid edərək vurğuladı:
“Təkfirçilik” İslam üçün kor bir fitnə və faciədir və “Təkfirçilik” fitnəsinin hədəfi İslamın həqiqi simasını korlamaq və bu din əleyhinə yalançı bir təbliğdir.
“Təkfirçi” fətvalar verən “şeyx”lər zahirdə İslamçılıq və İslama meyilli olduqlarını iddia edirlər. Amma bu quru iddia onların cəhənnəm quyusuna getməklərinə mane olmayacaq”.
O, “fitnə şeyxləri” tərəfindən düz yoldan çıxarlımış və azdırılmış cavanlara üz tutaraq onları doğru yola qayıtmalarını istədi və dedi: “Bu cür əməllər bütün müsəlmanları sual altında qoyur. Və Əziz İslam Peyğəmbərinin (s) nurani simasını düşmənlərimiz yanında ləkələyir”.
O, əlavə etdi: “İslam dini insanları hətta zarafat üçün də qorxutmağı və nigaran etməyi qadağan etmiş bir dindir. İslam dini özünü terror üçün partladanlara cəhənnəm vədəsi vermişdir”.
O, dedi: “İslam dini bərabərlik və azadlığı hamı üçün ərməğan gətirmişdir ki, insanı cahillik və zülm zəncirindən xilas etsin. İslam dini bu məsələyə o qədər önəm vermişdir ki, insaniyyət bu barədə İslam Peyğəmbərinə (s) borcludur”.
Bu toplantı da Misirin yüksək vəzifəli məsul şəxsləri də iştirak ediblər.
1358474