İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “NUN” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Həzrət İmam Əlinin (ə) müqəddəs ziyarətgahının inşaat bölməsi rəisi Ə`la Duşun verdiyi xəbərə görə Nəcəf-Əşrəf ziyarətgahında ziyarətçilərin giriş-çıxışının asanlaşdırılması məqsədi ilə ziyarətgahın giriş qapılarının genişləndirilməsi planının icrası başlanıb. Bu plana əsasən ziyarətgaha 5 yeni giriş qapısı artırılacaq.
Bu 5 yeni qapı İmam Əli (ə) hərəminin daxili eyvanı ilə üzbəüz olan Həzrət Əbu Talib (ə) eyvanı səmtindən inşa ediləcəkdir.
Ə`la Duş deyib: Ziyarətgahın giriş qapılarının genişləndirilməsi planına ziyarətgahın şimal hissəsində yerləşən birinci qapı (3 metr 40 sm) və eyni ölçüdə qərb giriş qapısınında genişləndirilməsi daxildir.
Bütün bu giriş qapıları Həzrət Fatimə (s) və İmam Əli (ə) eyvanı ilə üzbəüz olacaqdır. Hərəmin 3 orta və 2 ətraf giriş qapısı olacaq.
Yeni giriş qapıları inşa olunduqdan sonra İmam Əli (ə) eyvanında Həzrət Fatimə (s) səhninə keçid yaradılacaqdır.
Yeni giriş qapıları Həzrət Fatimə (s), Həzrət Zeynəb (ə) və Həzrət Fatimə bint Əsəd (ə) adına olacaqdır.