IQNA

İngilis siyasət adamı İslami örtüyü təhqir etdiyi üçün işdən kənarlaşdırıldı

9:09 - March 11, 2014
Xəbər sayı: 1385632
Beynəlxalq qrup: İngilis siyasət adamı - Kris Yuhanidis, müsəlman qadınların İslami örtüyü sayılan hicabı təhqir etdiyi üçün İngiltərənin Mühafizəçi partiyası tərəfindən işdən kənarlaşdırıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) "World Bulletin" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə əslən Yunanın Qibris əyalətindən olan İngilis siyasət adamı - Kris Yuhanidis, müsəlman qadınların İslami örtüyü sayılan hicabı təhqir etdiyi üçün İngiltərənin Mühafizəçi partiyası tərəfindən işdən kənarlaşdırıldı.
O öz şəxsi "Facebook" səhifəsində müsəlman qadınlarını və onların İslami örtüyü olan "hicabı" aşağıladığı üçün İngiltərənin Mühafizəçi partiyası tərəfindən siyasətdən kənarlaşdırıldı.
Həmçinin o, London şəhər şurasının üzvlüyündən də partiyası tərəfindən "şəxsi iş qovluğu"nun bir il müddətində bağlanması ilə cəzalandırıldı.
Hicabı təhqir etdiyi üçün İngiltərənin Mühafizəçi partiyası tərəfindən cəzalandırılan İngilis siyasət adamı - Kris Yuhanidis, bu partiyanın London şəhər şurasının üzvlüyündə olan ən cavan üzvü idi.
O, 2006-cı ildə 26 yaşında ikən London şəhər şurasının üzvlüyünə götürülmüşdü.

1384804

Teqlər: şurasının
captcha