IQNA

Yəmənin "Quran Universiteti"ndə "Quran Elmləri" barədə 9 mindən çox kitab

8:32 - April 22, 2014
Xəbər sayı: 1398250
Beynəlxalq qrup: Yəmin "Quran-Kərim və İslam Elmləri Universiteti" bu ölkədə Quran Elmləri sahəsində ilk ixtisaslaşdırılmış universitetdir ki, bu universitetin iki böyük kitabxanasında Quran Elmləri və Quran maarifi sahəsində 9 min ünvandan çox kitab vardır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) «uqs.me/definition-university» elektron xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Yəmin "Quran-Kərim və İslam Elmləri Universiteti" bu ölkədə Quran Elmləri sahəsində ilk ixtisaslaşdırılmış universitetdir ki, bu universitetin iki böyük kitabxanasında Quran Elmləri və Quran maarifi sahəsində 9 min ünvandan çox kitab vardır. Bu universitet 1994-cü ildə Yəmənin paytaxtdı Səna şəhərində institut olaraq fəaliyyətə başlamış və 18 il fəaliyyətdən sonra 2012 –ci ildə universitet statusu qazanmışdır.
Bu universitet Quran Elmləri sahəsində mütəxəssis nəsil yetişdirmək, elmi müşavirələr, bu sahədə təcrübələrin ictimaiyyətə ötürlməsi məqsədi ilə təsis edilmişdir. Universitet çalışır ki, keyfiyyətli təlim və tədqiq ilə bu sahədə dünyada özün xüsusi yer tutsun.
Bu universitetin Sənada qadınlar üçün də şöbəsi vardır ki, Quran Elmləri sahəsində mütəxəssis olan xanımlar bu şöbədə fəaliyyət göstərirlər. Bundan əlavə qadınlar üçün də 3 min ünvan kitaba sahib xüsusi kitabxana vardır.
Bu universitetin xüsusi internet səhifəsi aşağıdakı linkdə aktivdir: http://uqs.me
Bu saytın "məktəbətul-kutub" bölməsindən kitabları PDF formatı ilə kompyuter üzərinə endirmək mümkündür.

1397943

captcha