İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "NVOnews" xəbər saytına istinadən verdiyi xəbərə görə Amerikanın cənubi Kaliforniya Universitetinin tədqiqatçılarının son tədqiqatlarının nəticələri sübut edir ki, ən azı ۴-۵ gün Oruc tutmaq insan bədəninin təhlükəsizlik sistemini gücləndirir və yenidən bərp
İnsan oruc tutduğu ilk beş gündə bədən yeni təhlükəsizlik hüceyrələrini istehsal etməyə başlayır. Buna görə də oruc tutmaq insan sağlamlığı üçün çox faydalıdır və həyati əhəmiyyət kəsb edir.
Tədqiqatların nəticələrini göstərir ki, neçə gün ardıcıl olaraq oruc tutmaq insan sağlamlığı üçün çox faydalı və əhəmiyyətlidir.
Amerikanın cənubi Kaliforniya Universitetinin tədqiqatçılarının son tədqiqatlarının nəticəsi deyir ki, insan 2 gündən 4 günədək və ya daha çox müddətdə yeməkdən pərhiz edərsə və ac qalarsa bədənin təhlükəszilik sistemi daha yaxşı vəziyyətdə işləyəcək.
Valter Lango – bu tədqiqatların məruzəsini yazanlardan biri, deyir: "Hər bir növ oruc tutmaq heç tutmamaqdan daha yaxşıdır. Amma ən azı 4-5 gün oruc tutmaq bədənin təhlükəsizlik sisteminin gücləndirilməsi və bu orucun müsbət nəticələrini əldə etmək üçün lazımdır.
Tədqiqatların nəticəsini yazan bu məruzə insanları öz sağlamlıqlarını qorumaq üçün oruca dəvət edərək yazır: "İndi bu tədqiqatların nəticələrinə görə bizə başa düşə bilirik ki, nə üçün keçmişdə "qiddis"lər (müqəddəs ruhanilər) uzun ömür yaşamış və sağlam həyat tərzi keçirmişlər".
Məruzədə deyilir: "Oruc tutulan zaman müddətində qanın ağ qlobulinləri azalır və dəyişiklər baş verməsinin nəticəsində yeni təzə ağa qlobulinlər yaranır və nəticədə bədənin təhlükəsizlik sistemi yenidən bərpa edilir və güclənir".
Qeyd edək ki, müsəlmanların fikrincə bədənin təhlükəsizlik sisteminin güclənməsi Oruc tutmaq kimi İlahi bir nemətin təkcə kiçik bir təsiridir ki, insan bunu dərk edir. Ramazan ayında yemək-içməkdən qorunmaq və bir sıra başqa əməllər, möhtaclara kömək, fəqirlərə yemək vermək, ibadət üçün daha çox saat ayırmaq, oruc olan zaman daha çox təfəkkür etmək və s... mübarək Ramazan ayının başqa mühüm faydalarındandır.