
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "KT" internet xəbər səhifəsinə istinadən verdiyi xəbərə görə İbrahim Bumilhə - "Dubay Mükafatı Beynəlxalq Quran yarışları"nın 18-ci turu komitəsinin rəisi, dedi: "Yekun mərasimi və mükafatların təqdim olunması iyul ayının 17-də Dubayın Elm və Mədəniyyət müəssisəsində keçiriləcəkdir.
"Dubay Mükafatı Beynəlxalq Quran yarışları" hər il Mübarək Ramazan ayında 12 müxtəlif ixtisasda BƏƏ-nin Baş Naziri və Dubayın hakimi Məhəmməd bin Raşid Al Məxtumun şəxsi himayəsi ilə keçirilir.
Bu ilin yarışları on gün müddətində Dubayın Mədəniyyət və İncəsənət idarəsi və İctimai rifah idarəsinin həmkarlığı ilə keçirilir.
Yarışların 18-ci turunun final mərhələsi iyul ayının 4-də öz işinə başladı və 10 gün davam edərək iyul ayının 15-də öz işinə yekun verdi.
Bu yarışların hakimliyini BƏƏ, Misr, İordaniya, Livan, Ərəbistan və İraqdan olan hakimlər öhdələrinə götürmüşdülər.
Yarışlarda tanınmış İslamı şəxsiyyətlər, mədəniyyət işçiləri, diplomatlar və müxtəlif ölkələrin rəsmiləri iştirak ediblər.