İQNA - Liviya Vəqf və Zəkat İdarəsi 4 mindən artıq məscid və Quran hifzi mərkəzində dini kitabxana təsisi layihəsini həyata keçirir.
İQNA-nın əl-Ərəb-Onlayn informasiya mərkəzinə istinadən verdiyi məlumata əsasən, Liviya Vəqf və Zəkat İdarəsinin baş katibi İbrahim Übeyd deyib: “Bu idarə bu vaxtadək 1620 Quran hifzi mərkəzi və məsciddə dini kitabxanalar açıb.”