Beynəlxalq sektor: Belçikada beynəlxalq münasibətlərdə dinlərin rolu mövzusunda konfrans işə başlayıb. Brüsseldə keçirilən konfransda insanın tərbiyəsində, dünyada sülh və əmin-amanlığın bərqərar olmasında dinlərin rolu gündəmə gətirilib.
İQNA şəbəkəsi ISESCO informasiya şəbəkəsinə istinadən bildirir ki, ISESCO elm və mədəniyyət təşkilatının baş katibi Əbdül-Əziz Osman bildirib ki, konfransın əsas məqsədi xalqların yaxınlaşması, dünya birliyinə səmimi dostluq münasibətlərinin hakim olmasıdır. Baş katib vurğulayıb ki, insanların mədəniyyət və inancına hörmətlə yanaşmaq insan haqlarının mühüm tərkib hissələrindəndir.
604576