IQNA

Malaziyanın dini işlər naziri Quran fəaliyyətləri üçün proqram istədi

12:53 - July 04, 2010
Xəbər sayı: 1950672
Beynəlxalq sektor: Malaziyanın dini işlər naziri Quran fəaliyyətlərinin proqramlaşdırılmasını, Quran müsabiqələrinin təşkilini zəruri sayıb. Nazir bu fəaliyyətlərin sülh və əməkdaşlığa yardım göstərdiyini vurğuladı.
İQNA İran Quran xəbər agentliyi Malaziyanın Bernama xəbər agentliyinə istinadən bildirir ki, nazir Cəmil Xeyr Baharum 53-cü Quran qiraəti müsabiqəsində çıxış edib. Nazir bildirib ki, cəmiyyət Quran təlimləri əsasında idarə edilərsə, müsəlmanlar rifah və tərəqqiyə nail olar. Müsabiqənin təşkilatçısı Səbbah vilayətinin qubernatoru Əhmədşah Abdullah olub.

608892
captcha