IQNA

“Əl-Qədir” kitabı müsəlmanların vəhdət sənədidir

15:00 - July 05, 2010
Xəbər sayı: 1951611
İctimai-siyasi sektor: Məşhur “Əl-Qədir” dünya müsəlmanları arasında vəhdətin təminində mühüm rol oynayan əsərdir.
İQNA İran Quran xəbər agentliyinin Şərqi Azərbaycan xidmətindən verilən məlumata əsasən, Sərab şəhərində Əllamə Əminin vəfat ildönümü qeyd edilib. İmam-cümə Əmir Rəştbəri Əllamə Əminin Əl-Qədir əsərini müsəlmanlar arasında vəhdəti təmin edən sənəd adlandırıb. O deyib: “Əllamə Əmini öz ömrünü İslama, Həzrət Əli (ə) həqiqətlərinin müdfiəsinə vəqf etdi.” İmam-cümə bildirib ki, İmam Xomeyni şah rejimi ilə üz-üzə gələndə Əllamə Əmini şahın hakimiyyəti qəsb etdiyini ortaya qoyan alimlərdən idi.

609760
captcha