İQNA İran Quran xəbər agentliyi Timeturk-ə istinadən xəbər verir ki, bu toplantı ildə iki dəfə 45 ölkədən 185 üzvün iştirakı ilə müsəlman ölkələrindən birində keçirilir. Dördüncü toplantının əsas mövzusu İslam mədəniyyətidir. 18-25 yaşlı iştirakçılar öz təcrübə və biliklərini müzkirəyə çıxarıb mübadilə aparırlar.
İDSB İslam qeyri-dövlət cəmiyyətləri ittifaqının baş katibi Necmi Sadıkoğlu mətbuatla söhbətində bildirib ki, toplantı dünya müsəlmanlarının yarısını təşkil edən gənclərin ruhiyyəsi ilə tanışlıq imkanı yaradır, onları İslam mədəniyyəti ilə yaxınlaşdırır.
613445