IQNA

Tehran Quran müsabiqəsindəki izdiham heyrətamiz olub

12:17 - July 18, 2010
Xəbər sayı: 1957686
Beynəlxalq sektor: İran paytaxtında keçirilən 27-ci Qurani-Kərim müsabiqəsi öz izdihamlılığı ilə bütün müşahidəçiləri heyrətə gətirib.
İQNA İran Quran informasiya agentliyi 27-ci Qurani-Kərim müsabiqəsinə qatılmış Suriya nümayəndəsi ilə söhbətləşib. Suriyalı iştirakçı Məhəmməd Xızr-Xızr İQNA ilə söhbətində bildirib ki, bu müsabiqədəki izdiham, xalqın iştirakı heyrətamizdir. Suriyalı qari deyib: “Bu izdihamlı hüzur müsabiqəyə xüsusi rəng və ətir verib.” Qari İran rəhbərlərinin müsabiqəyə verdiyi xüsusi əhəmiyyətdən də məmnun olduğunu dilə gətirərək qeyd edib ki, ölkə prezidentinin də qatıldığı müsabiqənin əzəməti heyrətamiz olmaya bilməz.

616195
captcha