IQNA

Uqandada “İslam təlimlərinin gələcəyi” konfransı

13:00 - July 24, 2010
Xəbər sayı: 1961192
Beynəlxalq sektor: ISESCO İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının təşəbbüsü və səyi ilə cümə günü Uqanda paytaxtında Uqandada İslam təlimlərinin gələcəyi adı altında konfrans keçirilib.
İQNA İran Quran İnformasiya Agentliyi xəbər verir ki, bu tədbir ISESCO və İslam ölkələri Universitetlər İttifaqının həmkarlığı ilə Uqanda İslam Universitetində baş tutub. Uqanda və Afrikanın digər ölkələrindən 360 nəfər alim və tədqiqatçı bu konfransa qatılıb. İslam ölkələri Universitetlər İttifaqının rəisi Mustafa Əhməd Əli də konfransda iştirak edib.

620027
captcha