İQNA İran Quran İnformasiya Agentliyi xəbər verir ki, Təyyar Altıkulac Türkiyə vəqf idarəsi və İKT-nin İRSİKA adı altında fəaliyyət göstərən «Beynəlxalq İslam mədəni irsini qoruma komissiyası»nın dəstəyi ilə 10 il davam edən araşdırmalarını başa çatdırıb. Alim öz işi haqqında deyib: “Araşdırma işinin əsasını bugünkü Quran nüsxəsinin İKT-nin ixtiyarında olan 4 qədim Quran nüsxəsi ilə nöqtə-nöqtə müqayisə etmək olub. Son qənaət budur ki, səmavi kitabımızda heç bir təhrif baş berməyib.”
633517