İQNA İran Quran İnformasiya Agentliyi xəbər verir ki, ötən gün İranın mədəniyyət və islami irşad naziri Quran sərgisində İQNA-nın pavilyonunu ziyarət edib və məsullarla söhbətləşib. Nazir 18-ci beynəlxalq Qurani-Kərim sərgisini nəzərdən keçirdiyi zaman İQNA-nın fəaliyyətləri ilə tanış olub. Seyyid Məhəmməd Hüseyni Quranla bağlı fəaliyyətlərin daha da genişləndirilməsi zəruri sayaraq İQNA-nın fəaliyyətlərini müsbət dəyərləndirib.
634983