İQNA İran Quran İnformasiya Agentliyi Times of India mənbəsinə istinadən bildirir ki, müsabiqəyə 250 hafiz və qari qatılacaq. Uç gün davam edəcək müsabiqə Əqdəs xeyriyyə cəmiyyəti və Əman komitəsi tərəfindən keçirilir. Müsabiqəyə 26 hakim nəzarət edəcək. Hind alimləri şurasının katibi Mövlana Mahmud Dəryabadi bu müsabiqənin həm də 11 sentyabrda təxribatçı Quranyandırma gününə cavab olduğunu bildirib.
638531