IQNA

Fərəcullah Əl-Şazli Həzrət Əbulfəzlin mübarək hərəmində Quran tilavət edib

13:49 - September 01, 2010
Xəbər sayı: 1985750
Beynəlxalq şöbə: Misirli Quran qarisi, Quran müsabiqələrinin hakimi və Ələzhər universitetinin Quran elmləri doktoru Fərəcullah Əl-Şazli Həzrət İmam Hüseyn (ə) ın və Həzrət Əbulfəzlin mübarək hərəmini ziyaət edərək orada Quran oxuyub.
İQNA Quran Xəbər Agentliyi “Non” xəbər portalına istinadən verdiyi məlumata görə, Misirli qari, Quran müsabiqələrinin hakimi və Ələzhər universitetinin Quran elmləri doktoru Fərəcullah Əl-Şazli Kərbəlada olaraq Həzrət İmam Hüseyn (ə) ın və Həzrət Əbulfəzlin mübarək hərəmini ziyaət edərək orada Quran oxuyub. Bu tilavət Kərbəla televiziyası ilə yayımlanıb.
Fərəcullah Əl-Şazli deyib. Mən ilk dəfədir ki, Kazimeyn şəhərində Quran müsabiqəsinə hakimlik etmək üçün İraqa gəlmişəm. İmam Hüseyn və Həzrət Əbulfəzlin ziyarətgahları məni məftun etdi. İnsanların hər gün ziyarətə gəlməsi və orada dua edərək təvəssül etmələri olduqca cazibədar idi. Bu mübarək və müqəddəs məkan mənim yaddaşımda unudulmaz bir xatirə kimi qalacaq.
645776
captcha