İQNA Quran Xəbər Agentliyinin “Xorasane Rəzəvi” vilayəti şöbəsindən verdiyi məlumata görə, “Xorasane Rəzəvi” vilayətinin Mədəniyyət və İslami İrşad idarəsinin rəhbəri cənab Cəfəri deyib: Məşhəd şəhərinin İmam cüməsi höccətul islam vəl müslimin Ələmul Hudanın rəhbərliyi ilə Beynəlxalq Quran Festivalı Fəcr 10 günlüyündə milli şəkildə olacaq.
O İslam İnqilabının Ali rəhbərin milli və mədəni zəmində olan tövsiyələrini əsas gətirərək bildirib ki, Mədəniyyət və İslamı İrşad idarəsinin məmurları səy edirlər ki, cəmiyyətdə ümid və mənəvi ruhu saxlasınlar. Cəmiyyətdə şadlıq və səmimiyyət hakim olsun. Elə buna görə də əxlaqı keyfiyyətlərin eləcədə insan hüquqlarının qorunması zəminində işlər aparırıq.
Cəfəri Məşhəd şəhər imam cüməsinin sözlərini əsas tutaraq Fəcr 10 günlüyündə film və teatrla yanaşı Quran festivalı da beynəlxalq şəkildə həyata keçiriləcəyini deyib.
Festivalın həyata keçirilməsində Vilayətin müxtəlif Quran müəssisələri fəallıq göstərirlər. Bütün bu işlər istedadların üzə çıxması və onların inkişafı üçündür.
645860